Aprelin 10-una hazır olun – Günəşdə partlayış OLACAQ

Günəş səthində yaranmış koronal dəliyin aprelin 10-u günorta saatlarında Yer kürəsinə təsiri gözlənilir. Bu hal geomaqnit fırtınalarının yaranmasına gətirib çıxara bilər.

Müvafiq açıqlama Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası, həmçinin qurumun Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu tərəfindən verilib.

Təşkilatın hesabatında qeyd olunur ki, cümə günündən başlayaraq şənbə, hətta bazar gününədək davam edəcək 2-3 günlük narahatlıq yaşana bilər. Əsas təsir mənbəyi hesab edilən koronal dəliyin fəallığının sabah günorta radələrində özünü göstərəcəyi ehtimal edilir.

Bir müddət öncə aprelin 10-da Yerdə geomaqnit fırtınasının başvermə ehtimalının 50 faizdən artıq olacağı açıqlanıb.