“Anam Yolumu Gözləyir
Bu gün Qəbələ Dövlət Peşə təhsili mərkəzində Aygün Hüseynin “Anam Yolumu Gözləyir ” kitabının təqdimat mərasimi keçirildi.
Tədbirdə Qəbələ Peşə təhsili mərkəzinin tələbələri, , direktor müavini, müəllim kollektivi, şəhid ailələri, yazarlar, təşkilat rəhbərləri, şəhidin ailə üzvlərini ,yaxınları iştirak etmişdir.
Əvvəlcə Azərbaycan respublikasının dövlət himni səsləndirilmiş, dövlətinin suverenliyi , ərazi bütövlüyü və torpaqlarının düşmən tapdağından azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Kitabıin müəllifi Aygün Hüseyn ” Anam Yolumu Gözləyir” kitabı haqqında məlumat vermiş, qürur hiss keçirdiyini bildirmişdir.
Daha sonra şəhid valideynləri çıxış edərək gələn qonaqlara minnətdarlığını bildirmişdir.
Şəhid Soltanbəyli Tamerlan haqqında maraqlı videoçarx nümayiş olundu..
Tədbirin sonunda tamaşaçılara” Anam Yolumu Gözləyir” kitabı hədiyyə olundu.
Allah rəhmət eləsin şəhidlərimizə
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri










