“Anadolu Efes” Avroliqanın çempionu oldu

Türkiyənin basketbol üzrə “Anadolu Efes” klubu Avroliqanın qalibi olub.

Türkiyə komandası finalda “Barselona” ilə qarşılaşıb.

Gərgin mübarizədə “Anadolu Efes” qalib gələrək ilk dəfə Avroliqanın çempionu olub – 86:81.

Qalib komandanın ən yaxşı məhsuldar oyunçusu Vasile Misiç olub. O matçda 23 xal toplayıb.