Ağdərədə mikroavtobus dərəyə aşdı – Çox sayda yaralı var

Ağdərədə fəhlələri daşıyan mikroavtobus dərəyə aşıb.

Hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb.

İlkin məlumatlara görə, qəza zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Mikroavtobusun şirkətlərdən birində çalışan işçiləri daşıdığı qeyd olunur.

Faktla bağlı araşdırma aparılır. (“Report”)