ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılacağı tarix açıqlandı

U.S. Army paratroopers of an immediate reaction force from the 2nd Battalion, 504th Parachute Infantry Regiment, 1st Brigade Combat Team, 82nd Airborne Division, board their C-17 transport aircraft as they leave Fort Bragg, North Carolina, U.S. January 1, 2020. REUTERS/Jonathan Drake

ABŞ prezidenti Co Bayden Əfqanıstanda yerləşdirilmiş ABŞ hərbi qüvvələrinin mayın 1-dən etibarən çıxarılacağını bildirib.

 “Anadolu” Agentliyinin məlumatına görə, dövlət başçısı cari ilin sentyabrın 11-dək ABŞ  ordusunun Əfqanıstanı tərk edəcəyini bəyan edib. 

Prezidentin sözlərinə görə, o, rəsmi Kabil və NATO üzrə müttəfiqləri ilə məsləhətləşmələrdən sonra ABŞ-ın Əfqanıstandakı müharibəsinə son qoymağı qərara alıb.

Ağ Ev rəhbəri qeyd edib ki, ABŞ hərbçilərinin ölkədəki mövcudluğu burada sabit hökumətin yaradılmasına kömək etməyəcək.

NATO-nun baş katibi Yens Stolenberq də alyansın qoşunlarının mayın 1-dən etibarən Əfqanıstandan çıxarılmağa başlayacağını təsdiqləyib.

O bildirib ki, NATO Əfqanıstana ABŞ-la birlikdə daxil olub və birlikdə də çıxacaq.