ABŞ-ın edam cəzasına Aİ-dən SƏRT REAKSİYA – Dayandırın!

Avropa İttifaqı (Aİ) ABŞ rəhbərliyini federal səviyyədə alınan qərarla yenidən başlayan ölüm hökmünün icrasını dayandırmağa səsləyib.

Avropa İttifaqının xarici xidmətinin rəsmi nümayəndəsi Piter Stano bu barədə açıqlama verib.

O, ABŞ-da 20 illik fasilədən sonra bu ilin iyul ayında federal səviyyədə alınan qərarla ölüm hökmünün icrasının bərpa olunmasından narahat olduqlarını söyləyib.

İttifaqın edam cəzasına qarşı olduğunu vurğulayan Stano, bunun qəddar və qeyri-insani bir cəza olduğunu bildirib.

Qeyd edək ki, ABŞ rəhbərliyinin iyul ayında ölüm hökmünü bərpa etməsindən sonra səkkiz nəfər edam edilib.