ABŞ-dan Tovuz təxribatı haqda çağırış: Dərhal dayandırın!

0
570

Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurmanı şiddətli şəkildə qınayırıq.

Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.

“İstəyirik ki, tərəflər güc tətbiq etməyi dərhal dayandırsın və zorakılığın daha da böyüməsinin qarşısını almaq üçün aralarında birbaşa əlaqə yaradaraq atəşkəs rejiminə riayət etsinlər.

ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə kömək etməkdə qətiyyətli olaraq qalır. Biz bu hədəfə çatmaq üçün aktiv şəkildə səylərimizi davam etdirəcəyik”, – bəyanatda deyilir.