Kaliforniyada son 25 ilin ən güclü zəlzələsi – Video

0
543

ABŞ-ın Kaliforniya ştatında son 25 ilin ən güclü zəlzələsi baş verib. 

Zəlzələnin maqnitudası 6,4 bal təşkil edib. Yeraltı təkanlar Los-Ancelesdə də hiss olunub.

Episentr yaxınlığında Rickrest şəhəri və ABŞ-ın Çayn Leyk şəhərindəki Hərbi Dəniz Qüvvələrinin poliqonu yerləşir. Baş verənlərə görə yerli xəstəxanadakı insanlar təxliyə edilib. Rayonda, həmçinin, yanğın və dağıntılar baş verib.

ABŞ prezidenti Donald Trampa baş verənlər haqda məlumat verilib. O, Tvitter hesabında hadisə ilə bağlı dolğun informasiya aldığını və hər şeyi nəzarət altında saxladığını bildirib.

Xatırladaq ki, eyni güclü zəlzələ Kaliforniyada 1994-cü ildə baş vermişdi. 6,7 ballıq yeraltı təkanlar 60 nəfərin həyatına son qoyub kütləvi dağıntılara səbəb olmuşdu. Kaliforniya ştatı bir neçə milyard ABŞ dolları zərər çəkmişdi.


Da