Honduras sahillərində gəmi batıb, 26 nəfər ölüb

Honduras sahillərində balıqçı gəmisinin batması nəticəsində azı 26 nəfər ölüb.

Bu barədə “La Tribuna” qəzeti respublikanın silahlı qüvvələr rəsmisi Xose Dominqo Mesuya istinadla məlumat yayıb.

Məlumata görə, Qrasiyas-a-Dos departamentinin şimalında batan gəminin göyərtəsində ümumilikdə 73 nəfər olub ki, onların da 47-si xilas edilib.

Gəminin batmasının səbəbləri barədə məlumat verilmir.