İki bacı kimi doğuldular, indi isə iki qardaş kimi yaşayırlar… – İNANILMAZ

0
558
İki qardaş bir müddət öncəyədək qız adları daşıyırdılar  – Əminə və Mədinə. İndi isə hamı onları oğlan adı ilə – İhsanullah və Lütfullah deyə çağırır. İhsanullah 14, Lütfullah 11 yaşındadır. Az müddət öncəyə qədər qız uşağı kimi yaşayıbla, qız kimi geyiniblər, qızların getdiyi məktəbə gediblər. Dediklərinə görə, yaşları irəlilədikcə qohumları və dostları onların kişi olduğunu deməyə başlayana qədər heç vaxt özlərini kişi kimi hiss etməyiblər.
İhsanullah deyir ki, məktəbdə sinif yoldaşlarının ona “sən kişisən” deməsindən çox pis olurmuş. Onu ələ salaraq, “oğlan kimisən, saqqalın-bığın var, bizim yanımızda otura bilməzsən” deyirmişlər. Yoldaşlarının bu davranışlar onu çox kədərləndirirmiş.
Lütfullah da eyni vəziyyətlə üzləşirmiş: “Sinifdə harda oturacağımı bilmirdim. Qız sinif yoldaşlarımın yanında oturmaq istəyəndə, “sən oğlansan” deyərək, buna imkan vermirdilər.
Uşaqların yetkinlik yaşı yaxınlaşdıqca səsləri qalınlaşır, üzlərindəki tüklər çoxalır. Qız sinif yoldaşları “Siz oğlansınız” deyərək onlardan uzaqlaşmağa başlayır. Bu vəziyyət uşaqların özləri ilə yanaşı ailələrini də çox narahat edir.
Uşaqların anasının sözlərinə görə, övladlarında bəzi problemlərin olduğunu bilirmiş, ancaq qız olmadıqlarına inanmırmış: “Böyüyüb yetkinlik yaşına çatdıqlarında isə böyük oğlum genital bölgəsindəki şiddətli ağrıdan şikayətlənməyə başladı. Atamla danışdıq, o da bizə yardımçı ola biləcək bir həkim axtarmağa başladı”.
Uşaqların babası bir həkim tapır. İnsanların reaksiyasından narahat olduqları üçün həkimə gizlin gedirlər. Həkim ailəyə bildirir ki, uşaqlar mütləq cinsiyyət dəyişdirmə əməliyyatı olunmalıdırlar. Ailə bir müddət düşünəndən sonra əməliyyat barədə qərar verir.
Uşaqlar iki həftə Əfqanıstanın paytaxtı Kabildəki özəl bir xəstəxanada yataraq cinsiyyət dəyişdirmə əməliyyatı keçirir. Lütfullahın əməliyyatı 5, İhsanullahınkı isə 4 saat çəkir.
İlk başda uşaqların dostları və qohumları bu vəziyyətə  təəccübləndirlər. Cinsiyyət dəyişikliyi əməliyyatının mümkün olduğuna inanmırlar. Ancaq insanların reaksiyasına baxmayaraq uşaqlar və valideynləri əməliyyatın nəticəsindən çox məmnundurlar.
 Anaları deyir ki, uşaqlar üçün əvvəlcə əmiləri oğlan paltarı alıb: “Hərəsinə bir dəst oğlan paltarı aldılar. Mən də keçən gün parça alaraq dərziyə verdim, tez zamanda uşaqlar üçün oğlan paltarları tikməsini istədim”.
İndi İhsanullahla Lütfullahın həyatında yeni bir səhifə açılıb. Bundan sonra oğlan olduqlarını rəsmi şəkildə təsdiq etdirmək qalır. Şəxsiyyət vəsiqələrində Əminə və Mədinə adlandırıldıqları üçün oğlan məktəbinə getmələrinə icazə verilmir. Valideynlərinin dediyinə görə, sənədləşdirmə uzun zaman ala bilər. İhsanullah və Lütfullah adları rəsmi olaraq dəyişənə qədər məktəbə getməyəcək. Oğlan məktəbində təhsillərinə davam edə bilmələri üçün yeni şəxsiyyət vəsiqələrini əldə edənə qədər gözləyəcəklər.