Əfqanıstandakı vəziyyətlə bağlı dünyaya çağırış

0
336

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində “Əfqanıstandakı vəziyyətin ATƏT regionuna təsiri” mövzusunda müzakirələrdə iştirak edib.

Müzakirələr zamanı nazir Ceyhun Bayramov Əfqanıstanda sülh və sabitliyin bölgədəki vəziyyətlə qarşılıqlı əlaqəsi olduğunu qeyd edib.

Azərbaycanın bölgənin qonşuluğunda yerləşən dövlət olaraq, Əfqanıstandakı vəziyyəti yaxından izlədiyini qeyd edən nazir Əfqanıstanda yaranmış vəziyyətin ilk növbədə humanitar fəsadlarının aradan qaldırılması üçün beynəlxalq ictimaiyyət tərəfindən müvafiq yardımın göstərilməsinin zəruriyyətini vurğulayıb.

Həmçinin, Əfqanıstanda baş verən hadisələrin, Əfqanıstana qonşu olan ATƏT-ə üzv dövlətlərin sabitliyinə və təhlükəsizliyinə təsir etməsini bildirən nazir Ceyhun Bayramov bu istiqamətdə, sərhəd təhlükəsizliyinin gücləndirilməsi, narkotik qaçaqmalçılığının aradan qaldırılması və bu kimi digər məsələlərdə ATƏT-in vacib rol oynaya biləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.