II Yekaterinanın portreti 1.2 milyona satıldı – FOTOLAR

0
322

Rusiya İmperatoru II Yekaterinanın Dmitri Levitski tərəfindən çəkilən portreti və ona çiçək xəstəliyinə qarşı peyvəndin faydaları haqqında yazılan məktub Londonda “MacDougall’s” auksion evinin hərracında satılıb. 

Portret və məktubun birlikdə 951 min funt sterlinqə (1.26 milyon dollar) satıldığı qeyd olunur.

Məktub 1787-ci ildə ünvanlanıb. Məktubda çiçək xəstəliyinə qarşı peyvəndləmənin zərurətingöstərilir. Məktub Rusiyada peyvənd kampaniyası haqqında ilk məlum tarixi sənəd hesab olunur.

Hərraca çıxarılan Levitskinin portreti II Yekaterinanın bazardaazsaylı ikonoqrafiyasından biri hesab olunur. 1910-cu ildə portret 100 rubl nominallı əskinasın təsvirinin elementi kimi istifadə edilib.