Toylarda aparılan monitorinqlər zamanı 38 nəfər həbs edilib

0
379

“Bugünkü brifinqdə heç bir məhdudiyyətdən söhbət getmədi. Ölkə üzrə olan qaydalar qüvvədə saxlanılır”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, bütün ticarət obyektlərinin qarşına polisin qoyulması nəzərdə tutulmur:

“Toy, nişan və digər şənlik məclislərinin təşkili və keçirilməsində yaradılan monitorinq qurumları içərisində DİN də var. Hazırda bu istiqamət üzrə işlər görülür. İyul ayının 1-dən bu günə kimi respublika üzrə keçirilən 4865 şənlikdə monitorinq keçirilib. Qaydalara etinasız yanaşma müşahidə edildi. 38 nəfər həbs edilib, 2366 nəfərə inzibati tənbeh görülüb, 31 nəfərə cinayət işi başlanılıb. Fəaliyyətinə icazə verilən restoranlarda 46 899 nəfər COVID-19 pasportu olmayan şəxs aşkarlanıb və şənliyə buraxılmayıb. Həmin şəxslərdən aktiv koronavirus xəstələri də olub”.