Ticarət obyektlərinin monitorinqini aparan polislər mülki formada obyektlərə daxil olacaq – RƏSMİ

0
291

“Ticarət obyektlərinin sahibləri özləri xüsusi cihazlarla ora daxil olan şəxslərin COVID-19 pasportunun olub-olmamasını yoxlayacaqlar”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, monitorinq qrupları həmin ünvanlarda monitorinqlər keçirəcəklər:

“Bütün ticarət obyektlərinin monitorinqini həyata keçirən şəxslər mülki və polis formasında həmin obyektlərə daxil olacaqlar. Əgər hər hansı qanun pozuntusu aşkar edilərsə, məsuliyyət birbaşa həmin obyekt sahibinin üzərinə düşəcək. Onların barəsində qanunauyğun tədbirlər görüləcək”.