Qayınatası Zərrini fikrindən döndərdi

0
581

Evliliyi cəmi 36 saat çəkən müğənni Zərrin Özer Murad Akıncıdan boşanmaqdan vaz keçsə də, qayınatasının etirafları sənətçini qəti addım atmağa vadar edib.

“ərimə inanıram, boşanmıram” deyən Özerin artıq boşanmaq qərarı dəqiqləşib.

Muradın atası “İkinci sayfa” verilişinə zəng edərək oğlunun dələduz olduğunu, əsasən imkanlı qadınlarla münasibət qurub onların sərvətini mənimsədiyini və saxta ad-soyaddan istifadə etdiyini deyib:

“Saxta adı Mahmud Atalaydır. Hamını aldadır. Mən onu övladlıqdan rədd etmişəm. Başqa ailəm, tərbiyəli uşaqlarım var. 2005-ci ildən onunla görüşmürəm. Özünü varlı göstərib insanlara dələduzluq edir. Saxtakarın biridir. Zərrin xanım onu çox axtarıb? Məqsədi Zərrin xanımın sərvətini ələ keçirməkdir. Onun evinə girməsi onu bitirməsi deməkdir”.

Danışmaqda çətinlik çəkən Zərrin Özer isə bunları deyib:

“Boşanmaqdan imtina etmişdim, amma atasını dinlədikdən sonra artıq qərarım qətidir. Cavabımı aldım. Böyük şok içindəyəm. Əsəbiyəm. Aldadılmaq çox qorxuncdur. Xoş niyyətli qadın ola bilərəm, amma axmaq deyiləm. Mənə də atam öldü demişdi. Bunlar mənə yaraşan şeylər deyil. Səhhətim də yaxşı deyil”.