Polisi döyən deputatın məsələsi Milli Məclisdə müzakirəyə çıxarılacaq

0
392

“Artıq Daxili İşlər Nazirliyi tərəfindən millət vəkili Eldəniz Səlimovun polisi döyməsi faktı təsdiqlənib. Bu məsələyə Milli Məclisin İntizam komissiyası baxacaq”.
 
Bunu  açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı deyib. 
 
Onun sözlərinə görə, məsələ barədə müvafiq qərar qəbul olunacaq.

“Baş verən hadisə ilə bağlı təəssüf hissi keçirirəm. İntizam komissiyası bu məsələyə deputatların tətildən qayıtmasından sonra baxacaq”.

Qeyd edək ki, ötən gün millət vəkilinin sərxoş halda Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyüb.