890 milyon il əvvələ aid heyvan qalıqları tapıldı

0
381

Kanadalı alimlərin araşdırması heyvan həyatının 890 milyon il əvvələ qədər uzana biləcəyini ortaya qoyub.

Bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, Kanadanın Ontario ştatındakı Laurentian Universitetinin Paleontologiya və Geologiya professoru Elizabet Törner ölkənin şimal-qərbində yüz milyonlarla il əvvəl yaşamış süngərlərə aid olduğu düşünülən qalıqlar kəşf edib.

Alim qalıqların süngər skeleti olduğunu irəli sürüb.

“Bu süngər skeleti çox xarakteristikdir və müqayisə etmək üçün bənzəri yoxdur”, – məıumatda deyilir.

Süngərlər Yer üzündəki ən qədim heyvan növü olaraq qəbul edilir və elmi məlumatlar bu növə aid ən qədim qalıqların 535 milyon il əvvələ məxsus olduğuna işarə edir.

Araşdırmanın nəticələri “Nature” dərgisində yayımlanıb.