Bu ölkədə də etiraz aksiyası: Hökumətin istefası tələb edilir

0
606

Əlcəzairin paytaxtı Əlcəzairdə etiraz aksiyaları keçirilir.

Etirazçılar dövlət başçısı vəzifəsini icra edən Əbdülqədir Bensaleh və Baş nazir Nurəddin Bəduinin istefasını tələb edir.

Aksiya zamanı bir neçə nəfər saxlanılıb. Bəzi yerlərdə isə polislə etirazçılar arasında toqquşma yaşandığı bildirilib.

Qeyd edək ki, bu ilin aprelində Əbdüləziz Buteflika prezident postundan istefa verib.