Bu kənddə doğulmaq və ölmək qadağandır – FOTOLAR

0
695
Qərbi Afrikada yerləşən Mafi-Dov adlı kənddə qadınların doğum həyata keçirməsi və ölən insanların dəfn olunması qadağandır.
Mafi-Dov kəndində təxminən 5 min adam yaşayır. Ancaq onların heç biri bu kənddə doğulmayıb.
Kənd sakinlərinin adətinə görə doğuma az müddət qaldığı zaman hamilə qadınlar qonşu kəndlərə gedərək orda dünyaya uşaq gətirirlər.
Eyni zamanda kəndin adətinə görə ölən şəxsləri də kənd ərazisində dəfn etmək qadağandır. İnsanlar ölən yaxınlarını qonşu kəndlərə apararaq orda dəfn edirlər.
Mafi-Dov kəndinin qəribə adətlərindən biri də odur ki, bu kənddə ətlik heyvan və toyuq-cücə saxlamaq olmaz. Kənd camaatı ətə olan təlabatlarını da qonşu kəndlərin hesabına təmin edirlər.
Kəndin ağsaqqalları hesab edirlər qeyd olunan qadağalar tanrının tələbi ilə olub. Onların inancına görə, ulu babaları hesab olunan  Toqe Akiti adlı bir ovçu bu torpaqlara ilk dəfə gəldiyi zaman səmadan bir səs eşidib. Həmin “səs “qeyd olunan bu 3 qadağaya əməl etdikləri müddətcə insanların bu torpaqlarda xoşbəxt və dinc yaşayacaqlarını bildirib.
İndi kənd camaatı bu qadağaları pozmağa qorxurlar ki, onlara göylərdən bədbəxtlik gələ bilər. Qadağalara əməl etmək isə onlara baha başa gəlir. Doğum və dəfn üçün qonşu kəndlərə getmək onlara çətinlik yaradır. Ev heyvanlarını saxlamamaq da onların maddi vəziyyətinə mənfi təsir edir. Üstəlik qonşu kəndlər Mafi-Dov kəndinin adət-ənənəsini bildikləri üçün bundan qazanc əldə etmək üçün istifadə edirlər. Məsələn, Mafi-Dov kəndinin sakinləri şikayət edirlər ki, qonşu kəndlərdə əti onlara daha baha qiymətə satırlar.
Bütün çətinliklərə baxmayaraq kənd  ağsaqqalları bu qaydaları ciddi-cəhdlə qorumağa çalışırlar.