Türkiyədə erməni dilində kanal: “Ərdoğan dəstək verib…”

0
657
Türkiyədə erməni dilində telekanal yayıma başlayıb. “Təzadlar” türkiyə mətbuatına istinad edərək bildirir ki, jurnalist Aram Quranın rəhbəri olduğu “Luys TV” artıq yayıma başlayıb. Məlumata görə Kanalın fəaliyyətinin 70 faizi erməni, 30 faizi türk dilində olacaq. Bu il yanvar ayında test yayımına başlayan kanal artıq peyk yayımına başlayıb. Kanalın rəhbəri Türkiyədə yayımlanan xəbərləri erməni dilinə tərcümə edərək yayımladıqlarını bildirib. Kanalın baş redaktoru Aram Kuran 2 il əvvəl kanalın açılması üçün fəaliyyətə başladığını və ən böyük dəstəyi ona prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi bildirib. “Həftənin panoraması şəklində Türkiyə telekanallarında verilmiş bütün xəbərləri erməni dilində yayımlayırıq. Həftəsonları 20.00-da əsas xəbər bülleteni təqdim edirik. Qısa müddətdə gündəlik xəbərlər bloku da təqdim olunacaq. TRT rəhbərliyi də sağolsun ki, arxivlərinə müraciət etdik və müsbət cavab verdilər. Eyni zamanda milli azlıqlara aid sənədli filmləri yayımalamaq üçün bizə icazə verdilər”.