“Biz nədən yağışda, palçıqda namaz qılmalıyıq?”- Müsəlmanlar Putinə müraciət etdi-VİDEO

0
669
Cümə məscidi tikilməli olan məkanda artıq bir erməni məscidi də tikilib…

 Ural müsəlmanları bu gün- iyunun 20-də Rusiya  Prezidentinin vətəndaşlarla keçirəcəyi  canlı yayım üçün video-müraciət hazırlayıb.
Möminlər Yekaterinburq şəhərində  Cümə məscidi tikintisi ilə bağlı problemdən;  öncə yerli hakimiyyət tərəfindən müsəlman məbədi üçün torpaq ayrılması, lakin az  sonra geri alınmasından  söhbət açıblar.
V.Putinə müraciətdə deyilir:
“Biz, Yekaterinburq  şəhərinin  və Sverdlovsk vilayətinin müsəlman icması bir milyon yarım əhalisi olan bir şəhərdə, hər beş sakinindən biri müsəlman olan bir şəhərdə hələ də  İslam qanunlarına əsasən Cümə namazlarının qılınmalı olduğu  bir məscidə malik deyilik. Xaricdəki müsəlman qardaşlarımız soruşurlar ki,  nəyə görə bizim bir Cümə məscidimiz yoxdur və nədən biz namazı palçıqda, yağışda, qarda qılırıq?..”
Müsəlmanlar Rusiya liderinə bildiriblər ki, problemləri yerli hakimiyyət orqanları tərəfindən həllini tapmır, buna görə də onlar yağış və qarda ibadət etməli olurlar.
“…Odur ki, Vladimir Vladimiroviç, biz Sizə müraciət edir və Sizi Yekaterinburq şəhərinin hələ  köhnə qubernator tərəfindən layihələndirilmiş və planlaşdırılmış yerində bir Cümə məscidi tikdirmə hüququmuzu bərpa etməyə çağırırıq.  Hazırda bəhs edilən məkanda bir pravoslav kilsəsi, bir erməni kilsəsi və bir sinaqoq tikilib, eyni zamanda burada Sülh və Anlaşma meydanı qurulması da nəzərdə tutulub…”– müsəlmanlar Putinə müraciətində öz hiddətlərini belə ifadə edirlər.
P.S. Maraqlıdır ki, Putin bu gün canlı yayımda müsəlmanlara nə cavab verəcək?.. 
Sultan Laçın