Yeni monoqrafiya: “İnformasiya texnologiyaları mütəxəssisləri əmək bazarının intellektual idarə olunmasında”

0
556

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məmmədovanın “İnformasiya texnologiyaları mütəxəssisləri əmək bazarının intellektual idarə olunmasında” monoqrafiyası çapdan çıxıb.

Monoqrafiyanın elmi redaktoru AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev, resenziyaçılar akademik Əli Abbasov və texnika üzrə elmlər doktoru, professor Ələkbər Əliyevdir.

Monoqrafiya əmək bazarının informasiya texnologiyaları seqmentinin intellektual idarə olunmasının konseptual və metodoloji əsaslarının işlənilməsinə həsr olunub. Kitabda “İnformasiya texnologiyaları mütəxəssisləri əmək bazarının intellektual idarə olunmasında” anlayışının müəllif şərhi verilib, bu sahədə idarəetmənin müxtəlif səviyyələri üzrə qərar qəbulunu dəstəkləyən model və metodlar kompleksi təqdim edilib.

“İnformasiya texnologiyaları” nəşriyyatı tərəfindən çap olunan monoqrafiya dövlət qulluqçuları, menecerlər, işəgötürənlər, informasiya texnologiyaları mütəxəssisləri və fiziki şəxslər üçün nəzərdə tutulub.