Pentaqon İranın tankerlərə hücum etdiyini təsdiqləyən kadrlar yaydı – FOTO

0
605

Pentaqon Oman körfəzində tankerlərdə baş verən partlayışla bağlı görüntülər yayıb.

ABŞ kadrlarla hücumun arxasında İranın olduğunu sübut edib.

Bu haqda “Mirror” nəşri xəbər verib.

Tankerlere hucum

Görüntülərdə “İnqilab Keşikçkiləri Korpusu” üzvlərinin tankerin ətrafındakı partlamamış minaları qopartması əks olunub. Kadrlar hərbi dəniz donanmasına aid helikopterdən çəkilib.

İddialara görə, məqsəd gəmini batırmaq yox, partlatmaq olub.

tankerlere hucum _02

tankerlere hucum 03

Qeyd edək ki, Oman körfəzində neft tankerlərinə hücum iyunun 13-də baş verib. Norveçə aid olan iki tanker torpedo ilə vurulub, nəticədə hər iki gəmi zədələnib. Tankerlərdən birində güclü yanğın başlayıb. Hücuma görə ABŞ və Böyük Britaniya İranı ittiham edir. Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant bəyan edib ki, hücumu həyata keçirən İnqilab Keşikçkiləri Korpusudur. ((moderator.az))

tanker 55

tanker _07