Ərdoğan: “Ölkəmizin iştirakı olmadan Aİ-nin öz gücünü qoruya bilməyəcəyi aydındır”

0
349

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Avropa İttifaqı əlaqələrinin gələcək perspektivlərilə bağlı açıqlama verib.

Bu barədə “Anadolu” Agentliyi ölkənin Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən məlumat yayıb. 

“Avropa İttifaqının, xüsusən də qərarların qəbul edilməsi mexanizmində yeni yanaşmalara və struktur islahatlarına ehtiyacı var. Aydındır ki, Türkiyənin dəstəyi və iştirakı olamadan Aİ öz gücünü qoruyub saxlaya bilməyəcək.

İkili standartlara və maneələrə baxmayaraq, Türkiyə özünün strateji hədəfi saydığı Aİ-yə üzvlük məsələsində qətiyyətli mövqeyini qoruyur”, -deyə Ərdoğan bəyan edib.