Everest ən hündür zibillik oldu- VİDEO

0
663

Dünyanın ən yüksək nöqtəsi olan Everest zirvəsi (8848 metr) bir çox turisticəlb edir.

Populyarlığın mənfi tərəfi isə zirvəyə qalxan yolun alpinistlərdən qalan tullantılarla dolu olmasıdır. Everesti hətta “ən hündür zibillik” də adlandırırlar: dağın ətəklərinə cırıq çadır, tullanmış ləvazimat, plastik paket və şüşələr səpələnib.

Ərazinin xüsusiyyətləri dağın təmizlənməsini çətinləşdirir. Zıbıl yığanlara könüllü kömək etmək məqsədilə Nepal administrasiyası təzə qanun qəbul edib: zirvəyə qalxan hər bir alpinist özü ilə azı 8 kiloqram tullantı endirməlidir.

Vaxtaşırı məşhur dağ zirvəsində kütləvi təmizləmə aksiyaları keçirilir. Bu yaxınlarda 20 alpinist belə bir aksiyalardan birini yekunlaşdırıb. Onlar iki ay ərzində zirvədən 11 ton zibil yığıblar.

Bundan əlavə, dağdan 4 naməlum insan meyiti düşürdülüb: Everestə qalxma olduqca çətin işdir və alpinistlərin burada ölməsi nadir hal deyil.

Elə bu yazda dağın Nepal tərəfində 9, Çin tərəfində isə 2 insan ölüb.

1953-cü ildən etibarən indiyə kimi zirvəni fəth etmək arzusunda olan insanlardan 300-ü burada son məkanını tapıb.