Pandemiya ilə bağlı ŞAD XƏBƏR: Koronavirusu bu tarixdə idarə etmək olacaq – VİDEO

0
358
Pandemiya ilə bağlı ŞAD XƏBƏR: Koronavirusu bu tarixdə idarə etmək olacaq - VİDEO

Yaxın 10-14 gün ərzində koronavirusdan ölüm hallarında azalma müşahidə olunacaq. Hesab edirəm ki, hazırda vəziyyət yaxşıdır və müsbətə doğru gedir.

Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Ramin Nəriman deyib. O bildirib ki, koronavirus növbəti aylarda idarəolun vəziyyətdə olacaq:

“Qapanmalar artıq bu xəstəliyin idarəolunmasında ciddi əhəmiyyət kəsb eləmir. Bu dalğada digərləri ilə müqayisədə daha az xəstə sayı müşahidə olundu. Xəstəlik karantin dövründə olduğu kimi 4-6 həftə ərzində aktiv dövrünü yaşadı və sonra sönməyə başladı. Yəni karantin rejimi tətbiq olunmadan da bu vəziyyətdən çıxmaq mümkün oldu. Düşünürəm ki, peyvəndlənmə belə aktiv olarsa, mayda bütün dünyada müsbətə doğru dəyişiklik olacaq. Növbəti aylarda həm hava temperaturu, həm də peyvəndlənmə prosesi ilə əlaqədar virus idarəolunan vəziyyətdə olacaq”.

Ramin Nəriman qeyd edib ki, bu dalğada orta yaş qrupu arasında ölüm hallarının sayında artım müşahidə olunub:

“Koronanın 3-ü dalğasında Azərbaycanda yaşlı nəsil arasında tələfat az oldu, amma orta yaş qrupunda əksi müşahidə olundu. Çox güman ki, bu, peyvəndlənmə ilə bağlıdır. Yəni ilk yaşlı insanlar peyvənd olundu deyə, xəstəliyi yüngül keçirdilər”.