Sabirabadda avtomobil ehtiyat hissələri ilə yüklənmiş avtomobil aşıb, 2 nəfər xəsarət alıb.
Mil-Muğan bürosunun məlumatına görə, avtomobil ehtiyat hissələri ilə yüklü olan 90 UZ 038 dövlət nömrə nişanlı yük maşını idarəetməni itirərək sərt döngədə aşıb. Avtomobildə olan sürücü Gəncə sakini, 1995-ci il təvəllüdlü İsmayılov İbrahim Çərkəz oğlu və sərnişin Bakı sakini, 1983-cü il təvəllüdlü Hüseynov Azər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Qəza zamanı avtomobildə olan ehtiyat hissələri yolun kənarına dağılıb.
Faktla bağlı DYP tərəfindən araşdırma aparılır.
——-
14:03
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Şəhriyar kəndində “КамАЗ” markalı yük avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub.
Milli.Az FHN-in saytına istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.