Rusiyanın yeni nəsil qırıcıları hazırdır: Böyük sıçrayış

0
513

İlin sonuna qədər 4 ədəd 4++ nəsil MiQ-35 qırıcısı Rusiya ordusuna təhvil veriləcək.

Bunu Birləşmiş Aviasiya Şirkətinin (UAK) vitse-prezidenti İlya Tarasenko deyib. O bildirib ki, son 3 il ərzində MiQ-35 proqramında böyük sıçrayış həyata keçirilib:

“Çox qısa zamanda bu təyyarənin istehsalına başladıq, sınaq keçirdik. 2 il yarım aparılan sınaqlardan sonra Rusiya Müdafiə Nazirliyi ilə saziş imzaladıq. Bu gün etibarilə Rusiya Hava-Kosmik Qüvvələrinə qırıcılardan ikisini təhvil vermişik. İlin sonunda 4-ü də hazır olacaq”.