Hücumu İran təşkil edib: sübutları dünya görəcək – Pompeo

0
546

İranın Oman körfəzində iki tankeri vurması ilə bağlı əlimizdə sübutlar var.

Bu açıqlama ilə ABŞ Dövlət katibi Mayk Pompeo çıxış edib.

“Orada baş verənlər tam aydındır. Bu, İran İslam Respublikası tərəfindən həyata keçirilən hücum idi. Heç bir şübhə yeri yoxdur. Kəşfiyyat məlumatları böyük fakt və sübutlardan ibarətdir. Dünya bunların böyük hissəsini görəcək”, – deyə ABŞ rəsmisi bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Mayk Pompeo Oman körfəzindəki tanker partlayışına görə bütün məsuliyyətin İranın daşıdığını bəyan etmişdi.

Oman körfəzindəki iki neft tankerində partlayış baş verib. Partlayışdan sonra tankerlərdən birinin ekipajı İran hərbçiləri, digəri isə ABŞ hərbçiləri tərəfindən xilas edilib.

İddiaya görə, tankerlərə torpeda ilə hücum edilib.