Orqan köçürülən şəxsləri narazı salan nədir? – VİDEO

0
335

Orqan köçürülmüş şəxslərin istifadə etdiyi dərmanlar “Semaşko” adlanan 1 saylı Kliniki Tibbi Mərkəzdən verilir. Xəstələrin böyük əksəriyyətini isə müxtəlif bölgələrdən gələnlər təşkil edir.

Dərmanların bir mərkəzdən verilməsi bölgələrdə yaşayan, paytaxta gəlmək imkanı olmayan şəxslər üçün də ayrı bir çətinlik yaradır. Belə ki, onlar dərman almaq üçün paytaxtda yaşayan bir nəfərə etibarnamə verir, daha sonra dərmanın yaşadığı ünvana göndərilməsini gözləyirlər.