İran koronavirusun dörd mutasiyasını aşkar edən test sistemi yaratdı

0
333

İranda koronavirusun dörd əsas mutasiyasını təyin edə biləcək test sistemi təqdim edilib.

IRNA məlumat verir ki, bunu İranın Paster İnstitutunun diaqnostik test sisteminin istehsalı üzrə layihə rəhbəri Məcid Mesgar Tehrani açıqlayıb.

Sistem doqquz növə malikdir, onunla 100-ə qədər xəstəni test etmək mümkündür.

“Gündə 1000 test dəsti istehsal edə bilərik”, – deyə Tehrani qeyd edib.