Şair-dramaturq, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiq Muxtar vəfat edib.
Dramaturq Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub.
R.Muxtar 11 yaşından bədii yaradıcılıqla məşğul olub, şeirləri dövri mətbuatda tez-tez çap olunub.
Gürcü və Azərbaycan xalqlarının dostluğuna həsr edilmiş son pyesinə görə Gürcüstanın ali mükafatı – “Şərəf” ordeninə layiq görülüb.