Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünənki mətbuat konfransında ötən həftə koronavirus yoluxmalarının 8 dəfə artdığını deyib.
ÜST direktoru bu vaxta qədər koronavirus pandemiyasından 3 milyondan çox insanın öldüyünü diqqətə çatdırıb.
Hazırkı vaxtadək 832 milyondan çox insanın vaksinasiya olunduğunu deyən qurum rəhbəri bunun 82 faizinin yüksək və ya orta gəlirli ölkələrə aid olduğunu deyib. Aşağı gəlirli ölkələrə ancaq 0,2% vaksin çatıb.
Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatı Təcili Komitəsi beynəlxalq səyahətlərdə peyvənd pasportunun tələb olunmamasını tövsiyə edib. ÜST COVID-19 peyvəndinin virusun yayılmasının qarşısını alıb-almayacağına dair konkret tədqiqat nəticələri olmaması səbəbindən hələlik peyvənd pasportuna isti baxmadığını elan edib.