Bu yay çəhrayı çalarlarında ayaqqabılar geyinin – FOTO

0
398
Bu yay çəhrayı çalarlarında ayaqqabılar geyinin - FOTO

2021-ci ilin yazında çəhrayının həm romantik, həm də cəsarətli tonları eyni dərəcədə aktual olacaq. Lakin mağazalardakı bütün çəhrayı geyimləri almağa tələsməyin. Dizaynerlər yekdilliklə israr edirlər ki, mövsümün əsas elementi çəhrayı rəngli tuflilər olacaq.

Ən məşhur moda evlərinin podiumları sözün əsl mənasında çəhrayı çəkmələr və ayaqqabılarla doludur. Rəng tonları müxtəlif olduğundan istənilən birini sınamağa dəyər. Eksantrik modellərə cəsarət edənlər üçün dizaynerlər zərif modelləri təklif edirlər. Rezin səndəllər isə yay obrazını tamamlayan ən ideal seçim olacaq.