Təhsil işçiləri yaşından asılı olmayaraq vaksinasiya ediləcək

0
327

Hazırda respublika üzrə məktəblərdə müəllimlərin 50 faizi vaksinasiya edilib.

Bu barədə Təhsil naziri Emin Əmrullayev açıqlama verib.

Onun sözlərinə görə, Bakı şəhəri üzrə müəllimlərin 54 faizi, Sumqayıt şəhəri üzrə 69 faizi, Abşeron üzrə 60 faizi, digər rayonlar üzrə 50 faizi vaksinasiya edilib:

“Bu 50 yaşından yuxarı olan müəllimlərdir. Bu yaxşı nəticədir. Lakin nəzərə almaq lazımdır ki, birinci vaksin vurulduqdan sonra immunitet əldə edilmir. Yalnız ikinci vaksindən 14 gün sonra insanda immunitet formalaşmağa başlayır. Başqa sözlə birinci vaksindən 42 gün sonra immunitetin formalaşdığını müşahidə edirik. Vaksinasiya prosesinin təsirlərini apreldən may ayına doğru görəcəyik. Hazırda vaksinasiya prosesi davam edir”.

Nazir qeyd edib ki, növbəti həftədən etibarən bütün təhsil işçilərinin yaşından asılı olmayaraq vaksinasiyasına başlanılacaq. Bu proses bütün təhsil müəssisələrində baş tutacaq.