İsraildə 3000 illik tilsim tapılıb – FOTO

0
398

İsraildə Neqev səhrasının şimal-qərbində bir qrup turist arxeoloji qazıntıların aparıldığı ərazidə təxminən 3000 illik olduğu düşünülən son dərəcə nadir Misir tilsimi tapıblar.

Bu barədə İsrail Əntiq Əşyalar İdarəsi məumat yayıb.

Bildirilir ki, skarabey böcəyi şəklində olan nadir amuletin eramızdan əvvəl 9-8-ci əsrlərə aid olduğu düşünülür.

Mütəxəssislər qeyd edirlər ki, skarabey (buna “İfrazat Böcəyi” də deyilir) qədim Misirdə müqəddəs sayılırdı. Ancaq belə tilsimlərdən yalnız misirlilər istifadə etmirdi – qonşu xalqlar da bu böcəkşəkilli həmayılın onları qoruya biləcəyinə inanırdı. Misirlilər isə skarabey böcəyinə Yaradanın təcəssümü kimi hörmət edirdilər.

Bizimlə əlaqə saxlayın