İNK ailəsi Fərizənin anasının dəfn mərasimində- FOTO

0
982

20 Yanvar şəhidi Fərizənin bu gün vəfat edən anası Bağda Nəbiyeva dəfn edilib.

Fərizənin anası Mehdiabad qəbirstanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində İNK İB-in sədri, DAMM İB-in I Vitse prezidenti, SİM İB-in rəhbəri Rasim Məmmədov və İNK-nın üzvləri də iştirak etmişdir.

Mərhumənin 3-7 mərasimi iyunun 16-da “20 Yanvar”dakı Bravo supermarketinin yanında yerləşən mərasim evində olacaq. Xatırladaq ki, ötən il bu ailə daha bir ağır itki yaşamışdı. İlham Allahverdiyevin anası Ofeliya İbrahimova vəfat etmişdi.