Kanadada yeni təhlükəli xəstəlik yayılmağa başlayıb

0
343

Kanadalı həkimlər yaddaşın itməsi, hallüsinasiya, əzələ atrofiyası ilə müşahidə olunan naməlum beyin xəstəliyini araşdırırlar.

Bu barədə “The Guardian” nəşri xəbər verir.

Xəstəlik barədə ilk məlumat Nyu-Brunsvik əyalətinin səhiyyə təşkilatına ünvanlanan məktubun mətbuata sızmasından sonra baş verib.

Məlum olub ki, Kanadada naməlum xəstəliyə artıq 43 yoluxma halı qeydə alınıb.

Beş nəfərin sözügedən xəstəlikdən vəfat etdiyi qeyd olunur.

Hazırda mütəxəssislər yeni xəstəliklə ekoloji problemlər arasında əlaqənin mövcud olub-olmadığını araşdırırlar.