Apteklərdə dərmanlar niyə fərqli qiymətə satılır? – VİDEO

0
397

Son vaxtlar eyni adda olan dərmanlar apteklərdə müxtəlif qiymətə satışa çıxarılır.

Bu barədə “ARB Xəbər”in hazırladığı süjetdə paytaxt sakinləri deyiblər. Onlar bildiriblər ki, eyni dərmanlar bəzən 5 manat fərqlə digər apteklərdə satışa çıxarılır. 

Bununla bağlı aptek satıcıları bildirib ki, qiymətləri fərqli olan preparatlar təbii üsulla hazırlanan dərmanlardır və bu qiymətləri firmalar bazara uyğun təsdiqləyir. Yəni bu preparatlar dərman vasitəsi hesab edilmədiyi üçün Tarif Şurası tərəfindən qiymətləri tənzimlənən dərmanlar qrupuna aid deyil.

İqtisadiyyat Nazirliyinin sektor müdiri Mətin Bədəlov isə dərman vasitələrinin qiymətində hər hansı artım olmadığını bildirib.

Ətraflı süjeti təqdim edirik: