İslam Universitetinin məzunlarının diplomları nə zaman tanınacaq? – RƏSMİ

0
287

Təhsil naziri Emin Əmrullayev Bakı İslam Universitetinin məzunlarına diplomların verilməsi və tanınmaması ilə bağlı məsələyə aydınlıq gətirib.

Bu barədə özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, sözügedən universitetlə bağlı məsələ araşdırılır:

“Novruz bayramından sonra araşdırmanın nəticəsi ictimaiyyətə açıqlanacaq”.

“Orada 2000-ci ildən sonra təhsil alan 4000-dən çox tələbə diplom istəyir. Hazırda Dövlət İmtahan Mərkəzi və digər aidiyyəti qurumlarla birlikdə araşdırma aparılır”, – deyə o əlavə edib.