Türkiyədə terrorçuların sığınacaqları darmadağın edildi

0
365

Türkiyənin Silahlı Qüvvələrinin ölkənin şərqindəki Tunceli əyalətində keçirdiyi əməliyyat nəticəsində terrorçuların bir neçə sığınacağı məhv edilib.

Bu barədə əyalət qubernatorunun idarəsindən bildirilib.

“Eren-7 Mercan Munzur” əməliyyatı Hozat rayonu ətrafında keçirilib. Əməliyyat nəticəsində terrorçuların beş sığınacağı aşkar olunaraq məhv edilib.

Sığınacaqlarda axtarışın gedişatında qida məhsulları da tapılıb.

Regionda terrorizmlə mübarizə üzrə əməliyyat davam edir.