Övladlığa götürmək istəyənlərə dair yaş tələbləri AÇIQLANDI

0
294

Övladlığa götürmək istəyən şəxsə dair yaş tələbləri məlum olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Bildirilib ki, ögey ata və ana, habelə yaxın qohumlar istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri üçün aşağı yaş həddi 25-dir. 

Nikahda olmayanlar üçün aşağı yaş həddi 30, nikahda olmayan şəxslə övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır.