Rusiya XİN başçısının müavini ATƏT təmsilçisi ilə Qarabağı müzakirə etdi

0
288

Rusiya Xarici İşlər nazirinin müavini Vladimir Titov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Annika Söderlə Cənubi Qafqaz, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.

“Tərəflər Cənubi Qafqazdakı regional şərait, o cümlədən Dağlıq Qarabağdakı problemlərlə bağlı fikir mübadiləsi aparıblar”, – Rusiya XİN-nin yaydığı məlumatda qeyd olunub.