Dünyanın 1 milyard il sonra yox olacağı hesablandı – MARAQLI

0
344

NASA-da araştırma aparan bir qrup elm adamı Günəş radiasiyasının artması nəticəsində ortaya çıxan oksigen azalmasının dünyanın sonunu gətirəcəyini elan edib.

Araşdırmanı həyata keçirən elm adamları 1 milyard il sonra dünyanın yox olacağını hesablayıb. Yayımlanan məqalədə Günəş işıqlarının oksigeni azaltdığı, ancaq çox yavaş bir proses olduğu üçün gündəlik həyata təsir etmədiyi bildirilib.

Qeyd edək ki, elm adamları həyata keçirdikləri araşdırmanı 400 min dəfə təkrar etdiklərini və nəticələrin doğruluğuna əmin olduqlarını söyləyib.