İşğalçı erməni hərbçilərinin terrorçuluğu formaları ilə sübut olundu – FOTO/VİDEO

0
379

İşğalçı Ermənistanın silahlı qüvvələrində terrorçu dəstələrin təmsil olunması heç kim üçün sirr deyil. Artıq bu fakt daha bir dəlillə təsdiqini tapıb. İşğalçıların keçmiş postundan götürülmüş erməni hərbçilərinin formalarının analizi maraqlı məqamları üzə çıxarıb. Belə ki, formaya yapışdırılan şevronların arxa tərəfində əks olunan ASALA yazısı və xaç şəkli diqqəti çəkib. Bu yazının təsadüfi olmadığı aydındır. Güman ki, bu, işğalçı erməni hərbçisinin əslində hansı terror təşkilatına aid olduğunu göstərir. Xatırladaq ki, ASALA ötən əsrin 70-ci illərindən fəaliyyətə başlayan erməni terror təşkilatıdır. Erməni şovinizmini və “Böyük Ermənistan” xülyasını əlində bayraq tutan təşkilat illərlə müxtəlif qanlı cinayətlərə əl atıb. Təşkilatın fəaliyyətinə rəsmən son verildiyi deyilsə də, əslində bunun belə olmadığı aydındır. Şevronun arxasında əks olunanlar isə bunun daha bir sübutudur. Ehtimal olunur ki, bu şevron erməni ölülərinin hansı dəstəyə aid olmasını müəyyən etmək üçündür.