Ankara və Qahirə yaxınlaşır: Afina hərəkətə keçdi

0
335

Türkiyə və Misirin Şərqi Aralıq məsələsində yaxınlaşması Yunanıstanı hərəkətə keçirib.

Bildirilir ki, Misir bölgədə karbohidrogen yataqları ilə bağlı 24 layihə üzərində çalışır. Bu layihələrin birinin olduğu bölgə Türkiyənin BMT tərəfindən təyin edilən dəniz sərhədi nəzərə alınaraq hazırlanıb.

Ankara Qahirə ilə dəniz yurisdiksiyasının təyin olunması ilə bağlı danışıqların başlayacağı mesajını da verib.

Türkiyə və Misirin yaxınlaşmasından narahat olan Yunanıstan artıq hərəkətə keçməyə başlayıb. Yunanıstan Xarici İşlər naziri Nikos Dendias martın 8-də Qahirəyə səfər etməyi planlaşdırır.

Səfər çərçivəsində iki ölkə arasında enerji sahəsindəki əməkdaşlıq və Şərqi Aralıq məsələləri müzakirə ediləcək.

Yunan mətbuatı isə Dendiasın Misirdən layihələrlə bağlı xəritəni dəyişdirməsini tələb edəcəyini yazıb.