Erməni əsgərlər hərbi hissəni özbaşına tərk etdi – İnsident

0
384

Ermənistanda hərbi hissələrdən birində insident baş verib.

Hərbi hissələrdən birinin əsgərləri məzuniyyətdən sonra geri qayıtmaqdan imtina ediblər. Nəticədə hərbi hissədə özbaşınalıq başlayıb və situasiyadan istifadə edən bir çox əsgər də hərbi hissəni tərk edib.

Məlumatda qeyd edilir ki, əsgərlərin geri qayıtmasına və digərlərinin hərbi hissəni özbaşına tərk etməsinə valideynlər də dəstək olub və qayda-qanun yaratmağa çalışan hərbi hissə rəhbərliyinə etiraz ediblər.

Komandanlıq artıq xidməti araşdırmaya başlayıb və fərarilərin axtarılması üçün hərbi polis fəaliyyətə keçib. Onlar barəsində cinayət işinin qaldırılacağı bildirilir.

Müdafiə Nazirliyi isə ordunun olmayan döyüş qabiliyyətini daha da məhv edən bu tip aksiyalardan vətəndaşları çəkinməyə çağırıb.