Bayden “Böyük fəlakət” elan etdi

0
392

ABŞ Prezidenti Cozef Bayden qütb soyuğunun təsiri altında olan Texas ştatında “Böyük fəlakət” elan edib.

Bu barədə Ağ Evdən verilən açıqlamada qeyd edilib.

Bildirilib ki, Co Bayden şiddətli soyuqdan təsir görən bölgələrdə xilasetmə işlərini dəstəkləmək üçün “Böyük fəlakət” elan edərək, dövlət və yerli xilasetmə səylərini dəstəkləmək üçün federal yardım barədə göstəriş verib.

ABŞ Prezidenti bəyan edib ki, hadisə yerində olması xilasetmə və yardım fəaliyyətini ağırlaşdırmayacağı təqdirdə Texası ziyarət edə bilər.

Qeyd edək ki, Texas başda olmaqla bir çox bölgəni ağuşuna alan şiddətli qar yağışı və şaxta həyatı iflic edib. Mövcud vəziyyətlə əlaqədar baş verən qəzalarda 60 nəfər həyatını itirib. Texasda təxminən 80 min nəfərə elektrik enerjisinin verilməsi bərpa olunmayıb, 14 milyon insan isə içməli su çatışmazlığından əziyyət çəkir.