Yunanıstandan Türkiyəyə qarşı çirkin addım – Afina müharibəyə hazırlaşır?

0
385

Yanvarın 25-də məsləhətləşmə danışıqlarının başlamasının ardından beynəlxalq sular da daxil olmaqla, Egey dənizində sualtı fəaliyyətini davam etdirən Yunanıstanın bölgədə “Şimşek-21” adlı təlim keçirdiyi ortaya çıxıb.

Bir çox mütəxəssislər Afinanın müharibəyə başlamaq üçün addımlar atdığını bildiriblər.

Bu arada, “TCG Çeşme” tədqiqat gəmisi Egeyin şimal sularında hidroqrafik sahədə elmi və texniki araşdırmalara başlayıb. Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri gəminin illik planlaşdırılmış fəaliyyət proqramı çərçivəsində 2 mart tarixinə qədər Şimali Egeydə elmi və texniki araşdırmalar aparacağını vurğulayıb.

Nazirlik mənbələri 2020-ci ilin noyabr-dekabr aylarında Yunanıstan donanmasına bağlı olan “HS Naftilos” tədqiqat gəmisinin Lesbos adasının şimalında və qərbində, Saqqız və Ahikerya adalarının şimalında beynəlxalq sular da daxil olmaqla, oxşar tədqiqatlar apardığını qeyd ediblər.

Türkiyə ilə Yunanıstan arasında məşvərətçi toplantı başlamasından sonra Krit və Peloponnes arasındakı beynəlxalq sularda dəniz sahələrini əhatə edən bölgələrdə – yanvarın 25-dən sonrakı dövrə qədər altı araşdırma qaynağı reallaşdırıldığına diqqət çəkilib: “Hazırda Yunanıstan 18 fevral 2021-ci il tarixli NAVTEX elanı ilə Kritin şimalında başlatdığı və bitmə tarixi məlum olmayan sualtı çalışmalara davam etməkdədir”.

“TCG Çeşme”nin fəaliyyətinin beynəlxalq hüquqa və qarşılıqlı razılaşmalara tam uyğun olduğunu vurğulayan mənbələr bunları qeyd ediblər:

“Yunanıstanın gərginliyi artıran hərəkətlər etdiyimizlə bağlı açıqlamaları həqiqəti əks etdirmir. Ölkələrimiz arasındakı məşvərətçi danışıqların bu dövründə beynəlxalq ictimaiyyəti açıq şəkildə aldatmaq niyyəti ilə Yunanıstanın dediyi bu ifadələr təəssüf və təəccüblə izlənilir. Bu, Yunanıstanın məsələnin danışıqlar və dialoq yolu ilə həll olunmasını istəməyən münasibətinin açıq göstəricisidir”.

Qeyd edək ki, Yunanıstan 25 yanvar tarixindən bəri İskiri adasının şimal-qərbindəki beynəlxalq sular daxilində 20 gəmi və bir çox hava vasitələri ilə “Şimşek-21” təlimini başladıb. 10-17 fevral tarixlərindəki fəaliyyətlər Bozbaba, Səmadirək, Limni, Tasos, Lesbos, Saqqız adası, İpsara, Ahikeria və Samos adalarının ərazi sularını əhatə edib.