ABŞ Prezidenti Co Bayden sələfinin Tehranla bağlı siyasətini dəyişdirməyib.Bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
“Heç nə dəyişməyib. Bayden deyir ki, Trampın təzyiq siyasəti maksimal uğursuzluğa gətirib çıxardı. Amma onlar öz siyasətlərini dəyişdirməyib. Problem ABŞ-ın sanksiya tətbiqinə öyrəşməsidir”, – Zərif bildirib.